Azərbaycan və İraq aviaəlaqəni gücləndirir

Azərbaycan və İraq aviaəlaqəni gücləndirir Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb
İnfrastruktur
19 Oktyabr , 2016 11:40
Azərbaycan və İraq aviaəlaqəni gücləndirir

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

Məlumata görə, danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, iki ölkə arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə də tanış olub.

Son xəbərlər

Orphus sistemi