Azərbaycanla Avstriya istilik təchizatı üzrə təcrübə mübadiləsi aparacaq

İnfrastruktur
  • 03 aprel, 2023
  • 07:27
Azərbaycanla Avstriya istilik təchizatı üzrə təcrübə mübadiləsi aparacaq

"Azəristiliktəchizat" ASC Avstriyanın “Energie Steirmark Warme GhMB” şirkəti ilə təcrübə mübadiləsi aparacaq.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, tərəflər arasında “EU4Energy” proqramının texniki yardımı ilə görüş keçirilib. Görüşdə Avstriya şirkətinin icraçı direktoru və mütəxəssisləri, eləcə də "Azəristiliktəchizat"ın sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, Cəmiyyətin digər rəhbər işçi və mütəxəssisləri iştirak edib.

Görüş iştirakçılarına Cəmiyyətin fəaliyyəti, qarşıda duran vəzifələr və istilik təchizatı sahəsində islahatlar, ölkəmizdə mərkəzi istlik sisteminin mövcud vəziyyəti və strukturu barədə ətraflı məlumat verilib. “Energie Steirmark Warme GhMB” şirkətinin rəhbərliyi Avstriyada mərkəzi istilik sisteminin mövcud imkanları, infrastrukturu, əhatə dairəsi, şirkətin biznes modeli, strategiyası, xidmətləri barədə geniş təqdimatla çıxış edib, yeni investisiya layihələri, şirkətin gələcək strategiyası, istilik təchizatı sahəsində alternativ və bərpa olunan enerji resurslarından istifadə imkanları ilə bağlı ətraflı məlumat verib.

Görüşdə istilik təchizatı sistemində innovativ texnologiyalardan istifadə məsələlərinə xüsusi diqqət yetirilib.

Müzakirələr çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb, “Energie Steirmark Warme GhMB” şirkətinin mütəxəssislərinin Azərbaycana dəvəti razılıqla qarşılanıb.

44 - Tezliklə