Azərbaycanın Ukraynaya sifariş etdiyi yük təyyarələrinin istehsalı ləngiyir

Azərbaycanın Ukraynaya sifariş etdiyi yük təyyarələrinin istehsalı ləngiyir Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın Ukraynanın Antonov şirkətinə sifariş verdiyi 10 ədəd An-178 markalı yük təyyarəsinin istehsalı ləngiyir.
İnfrastruktur
2 İyul , 2018 17:39
Azərbaycanın Ukraynaya sifariş etdiyi yük təyyarələrinin istehsalı ləngiyir
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın Ukraynanın "Antonov" şirkətinə sifariş verdiyi 10 ədəd "An-178" markalı yük təyyarəsinin istehsalı ləngiyir. 

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Aleksandr Donets məlumat verib. 

Onun sözlərinə görə, təyyarələrin istehsalına Rusiyadan alınan ehtiyat hissələrinin başqaları ilə əvəz olunmasından sonra başlanılacaq: "İki həftə bundan əvvəl Azərbaycandan olan nümayəndə heyəti bizimlə danışıqlar aparmaq üçün gəlmişdi. Deməliyəm ki, onlar məsələyə peşəkar yanaşırlar, vəziyyəti anlayırlar. Təyyarə Azərbaycana lazımdır və ona görə də işimizin tamamlanmasına qədər gözləyə bilərlər".

Son xəbərlər

Orphus sistemi