Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın tranzit potensialı 2020-ci ilə qədər 300 min konteynerə çatacaq. "Report" xəbər verir ki, bunu bu gün Bakıda "Azərbaycanın tranzit potensialının inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda "Qazaxıstan Dəmir Yolları" ASC-nin prezidenti Əskər Mamin bildirib.
"Biz Transxəzər marşrutunun, xüsusilə Gürcüstan və Türkiyəni birləşdirəcək Qars-Axalkalaki dəhlizinin potensialını yüksək qiymətləndiririk. 2020-ci ilə qədər Azərbaycanın tranzit potensialının həcminin 600-700 mln. dollara çatacağını görürük. Bu, Çin və Qafqaz ölkələri, Çin və Türkiyə arasında ticarət əlaqələrinin genişlənməsinə, Qazaxıstandan keçməklə Asiya-Avropa istiqamətinin,