Azərbaycan və Qətər “Şimal-Cənub" Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qətər “Şimal-Cənub" Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edib Azərbaycan və Qətər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edib.
İnfrastruktur
13 Sentyabr , 2023 12:55
Azərbaycan və Qətər “Şimal-Cənub Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qətər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

R. Nəbiyev qeyd edib ki, ölkədə səfərdə olan Qətərin nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti ilə görüş keçirilib: "İki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə etdik".

Xatırladaq ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, "Şimal-Cənub" tranzit dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Son xəbərlər

Orphus sistemi