Azərbaycanın nəqliyyat-logistika sektorunda 70 mindən çox KOB subyekti var

Azərbaycanın nəqliyyat-logistika sektorunda 70 mindən çox KOB subyekti var Azərbaycanda 70 mindən çox KOB subyekti nəqliyyat, anbar təsərrüfatı, logistika sektorunda fəaliyyət göstərir və 1 milyard manatdan çox əlavə dəyər yaradır.
İnfrastruktur
2 İyun , 2023 12:57
Azərbaycanın nəqliyyat-logistika sektorunda 70 mindən çox KOB subyekti var

Azərbaycanda 70 mindən çox KOB subyekti nəqliyyat, anbar təsərrüfatı, logistika sektorunda fəaliyyət göstərir və ildə 1 milyard manatdan çox əlavə dəyər yaradır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin I müavini Natiq Həsənov Bakıda keçirilən I Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.

"Bu rəqəmi qənaətbəxş qəbul etmirik. KOB subyektləri üçün kifayət qədər geniş imkanlar mövcuddur. Onların nəqliyyat layihələrində daha aktiv iştirakına ehtiyac var", - deyə o qeyd edib.

"Son 20 ildə Azərbaycanda nəqliyyat sektoruna böyük investisiyalar yatırılıb. Azərbaycan dövlət olaraq nəqliyyat infrastrukturunu yaxşılaşdırıb"- deyə KOBİA rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi