Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ötən il 35 layihənin icrası başa çatıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ötən il 35 layihənin icrası başa çatıb 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi dəyəri 1,1 milyard manat olan 35 layihənin icrası başa çatdırılıb.
İnfrastruktur
23 May , 2024 12:15
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ötən il 35 layihənin icrası başa çatıb

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi dəyəri 1,1 milyard manat olan 35 layihənin icrası başa çatdırılıb.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, sədr deyib ki, ümumi dəyəri 26,4 milyard manat olan 202 layihə isə keçid mərhələsindədir. Onların icrasının tamamlanması üçün 13 milyard manat lazımdır.

Son xəbərlər

Orphus sistemi