Azərbaycanın ən uzun asma körpüsü inşa edilir

Azərbaycanın ən uzun asma körpüsü inşa edilir Layihənin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub
İnfrastruktur
481
19 Fevral , 2021 18:04
Azərbaycanın ən uzun asma körpüsü inşa edilir

Azərbaycanda yeni asma körpü inşa edilir.

"Report"un Şirvan bürosu xəbər verir ki, bu ilin yanvar ayından Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Layihəyə 2021-ci ilin yanvar ayında start verilib. Hazırda körpüdə zəminbərkitmə, beton və svya işləri aparılır.

Layihəyə əsasən, Ağsu rayonu ərazisində Azərbaycanda ən uzun asma körpü inşa ediləcək. Uzunluğu 600 metr olan asman körpünün 350 metr hissəsi dayaqlı olacaq. Körpü Ağsu çayının üzərində salınacaq.

Qeyd edək ki, layihənin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi