Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər artıb

Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər artıb Bakı. 29 yanvar. REPORT.AZ/ 2018-ci ilin dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 0,9% artıb.
İnfrastruktur
29 Yanvar , 2019 12:25
Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər artıb

Bakı. 29 yanvar. REPORT.AZ/ 2018-ci ilin dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 0,9% artıb.

Bu barədə “Report”a bazarı araşdıran "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, ötən il ərzində qiymət artımı isə 6,8% təşkil edib. 

"Dekabrda ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,9% artaraq 1m2 üçün 1 337 manat, təkrar mənzil bazarında isə qiymətlər orta hesabla 1,8% artaraq 1 685 manat təşkil edib", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi