Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
İnfrastruktur
18 Yanvar , 2022 10:46
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

“Report” Agentliyə istinadən xəbər verir ki, hazırda Zəfər Yolunda yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı​ müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi - Xızı yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı - İsmayıllı yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki - Qax - Zaqatala yolunda yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17 ​ dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt - Astara yolunda marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Lənkəran – Lerik yolunda Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstanla dövlət sərhədində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Son xəbərlər

Orphus sistemi