Azərbaycanın 9 ayda hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından gəlirlərini açıqlayıb

İnfrastruktur
  • 28 noyabr, 2024
  • 13:39
Azərbaycanın 9 ayda hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından gəlirlərini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 473,7 milyon manat gəlir əldə edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.

O cümlədən, 9 ayda hava nəqliyyatı ilə yük daşınmasından 1 il əvvələ nisbətən 30,1 % çox - 1 milyard 935,4 milyon manat gəlir əldə olunub. Bunun əsas hissəsi beynəlxalq yük daşımalarının (1 milyard 934,3 milyon manat - 30,1 % çox), qalan hissəsi isə daxili yük daşımalarının (1,1 milyon manat - 5,5 % çox) payına düşüb.

Hesabat dövründə hava nəqliyyatı ilə sərnişin daşınmasından əldə olunan gəlir isə illik müqayisədə 39,4 % çox - 1 milyard 538,3 milyon manat təşkil edib. Bunun da əsas hissəsi beynəlxalq sərnişin daşımalarının (1 milyard 491,4 milyon manat - 40,5 % çox), qalan hissəsi isə daxili sərnişin daşımalarının (46,9 milyon manat - 11,5 % çox) payına düşüb.

2024-cü ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə yük daşımalarının həcmi 314,2 min ton (21,7 % çox), daşınan sərnişinlərin sayı isə 3 milyon 58,3 min nəfər (40,9 % çox) olub.