Azərbaycanın 42 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına maliyyələşdirib

Azərbaycanın 42 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına maliyyələşdirib Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq
İnfrastruktur
423
24 May , 2021 11:27
Azərbaycanın 42 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına maliyyələşdirib
0 : 00
0 : 00

2020-ci ildə respublikanın 42 rayon və şəhəri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdiriblər.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Həmin şəhər və rayonlar bunlardır: Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları.

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi