Azərbaycanın 12 rayonunun bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb

Azərbaycanın 12 rayonunun bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb 2020-ci ilədək ölkədə bütün torpaqlarda kəmiyyət göstəricilərinə görə uçot işi yekunlaşdırılacaq
İnfrastruktur
19 Aprel , 2017 12:01
Azərbaycanın 12 rayonunun bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 12 rayonda (Şəki, Cəlilabad, Salyan, Göygöl, Zaqatala, Oğuz, Balakən, Ağsu, Xızı, Beyləqan, Siyəzən və Abşeron) elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlayıb.

Komitədən "Report"a bildirilib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. 

Hazırda ümumi ərazisi 130 min ha olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. Bu il bütövlükdə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacaq. Bununla belə, 14 kənd rayonunda kadastr işlərinə 1 mln. hektara yaxın ərazi, 700 minə yaxın torpaq parseli cəlb ediləcək. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar “Samur-Abşeron suvarma sistemlərinin yenidən qurulması Layihəsi" çərçivəsində Xızı, Siyəzən, Şabran rayonlarında yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq ərazilərin kadastr xəritələri də hazırlanıb. Ölkənin 4 mln. hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara əsasən, 51 rayonun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub.

Son xəbərlər

Orphus sistemi