Azərbaycandan keçən tranzit daşımaları Çinin subsidiyalaşdırması müzakirə olunub

Azərbaycandan keçən tranzit daşımaları Çinin subsidiyalaşdırması müzakirə olunub Azərbaycan Çin ilə Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına dair memorandum imzalayıb.
İnfrastruktur
2 İyul , 2024 14:25
Azərbaycandan keçən tranzit daşımaları Çinin subsidiyalaşdırması müzakirə olunub

Azərbaycan Çin ilə Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına dair memorandum imzalayıb.

"Report" xəbər verir ki, əməkdaşlığa dair memorandum “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə keçirilən görüşdə imzalanıb.

Memorandum həmçinin tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək.

Görüş zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə arasında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər və Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın günlərdə Bakıya çatacaq.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

Son xəbərlər

Orphus sistemi