Azərbaycandakı pambıq sahələrinin su ilə təminatı müzakirə edilib

Azərbaycandakı pambıq sahələrinin su ilə təminatı müzakirə edilib Bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də pambıq sahələrinin su ilə təminatı ilə bağlı növbəti videokonfrans keçirilib
İnfrastruktur
8 May , 2021 16:24
Azərbaycandakı pambıq sahələrinin su ilə təminatı müzakirə edilib

Bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də, qurumun sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə pambıq sahələrinin su ilə təminatı ilə bağlı növbəti videokonfrans keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, tədbirdə pambıq əkini sahələrinin dəqiqləşdirilməsi və pambığın vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda səhmdar cəmiyyətinin şöbə müdirləri və pambıq əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.

Z.Quliyev cari ildə əkilən pambıq sahələrinin yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və şirkətlərlə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi