Azərbaycanda yük daşınması 12% azalıb

Azərbaycanda yük daşınması 12% azalıb Bu ilin yanvar ayında Azərbaycanda yük daşınması əvvəlki ayla müqayisədə 12,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12% azdır
İnfrastruktur
18 Fevral , 2021 09:19
Azərbaycanda yük daşınması 12% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda yük daşınması əvvəlki ayla müqayisədə 12,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12 % azdır.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə sərnişin daşınması əvvəlki ayla müqayisədə 6,4 %, illik müqayisədə isə 53,8 % azalıb. Yüklərin 51,9 %-i avtomobil, 36,9 %-i boru kəməri, 8,1 %-i dəmir yolu, 2,8 %-i dəniz, 0,3 %-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 99,8 %-i avtomobil, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə giriş-çıxışın, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi