Azərbaycanda yük daşımaları 7 % artıb

İnfrastruktur
  • 13 iyun, 2023
  • 13:35
Azərbaycanda yük daşımaları 7 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yük daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,8 % artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 90,9 milyon ton yük daşınıb.

Yüklərin 3,9 %-i dəniz, 8,3 %-i dəmir yolu, 0,1 %-i hava, 55,6 %-i avtomobil nəqliyyatı, 32,1 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5 % təşkil edib.

2023-cü ilin yanvar-may aylarında nəqliyyatçılar 742,8 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil nəqliyyatı, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.