Azərbaycanda TRACECA dəhlizi ilə yük daşımaları azalıb

Azərbaycanda TRACECA dəhlizi ilə yük daşımaları azalıb Əvəzində dəhlizlə sərnişin daşımaları artıb
İnfrastruktur
16 Dekabr , 2016 11:15
Azərbaycanda TRACECA dəhlizi ilə yük daşımaları azalıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 41356,4 min ton, yük dövriyyəsi isə 8129,3 milyon ton/km olub. Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yüklərin 25984,9 min tonu və yaxud 62,8%-i avtomobil nəqliyyatı, 11456,4 min tonu və yaxud 27,7%-i dəmir yolu nəqliyyatı, 3915,1 min tonu və yaxud 9,5%-i dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,9% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 11,9% və 24,7%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9%-ni və ya 6171,2 min tonunu tranzit yüklər təşkil edib.

10 ay ərzində dəhliz vasitəsilə 280,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5634,4 milyon sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,6% artıb.

Son xəbərlər

Orphus sistemi