Azərbaycanda tikinti materiallarının istehsalı 20%-dən çox artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 20%-dən çox artıb Tikinti gipsinin istehsalı 3,8 dəfə, tikinti əhənginin istehsalı isə 52,4% artıb
İnfrastruktur
18 Fevral , 2021 12:50
Azərbaycanda tikinti materiallarının istehsalı 20%-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 41,6 mln manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 21,2% artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk ayında ölkədə 233,5 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,7% çoxdur.

Bu ilin yanvar ayında ölkədə 3,4 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 1 ayı ilə müqayisədə 61,4% azdır. Bu ilin ilk ayında tikinti kərpicinin istehsalı 11,6 % azalaraq 35,8 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 3,8 dəfə artaraq 1,1 min ton olub. Yanvar ayında tikinti əhənginin istehsalı 52,4% artaraq 3,2 min ton təşkil edib.

Yanvarda sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,2 min ton olaraq, ötən ilin yanvar ayı ilə müqayisədə 14,3% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 10% azalaraq 3,6 min kubmetr təşkil edib.

Ötən ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 62,2% azalaraq 314,1 min ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 16,8% artaraq 134,5 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi