Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 134,6 mln manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
Bu ilin ilk rübündə ölkədə 629 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 8 % azdır.
Bu ilin üç ayında ölkədə 6,5 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 3 ayı ilə müqayisədə 83,7 % azdır. Bu ilin ilk üç ayına tikinti kərpicinin istehsalı 2,7 % artaraq 104,2 min kubmetr təşkil edib.
Tikinti gipsinin istehsalı 10,3 % artaraq 4,3 min ton olub. Yanvar-mart aylarında tikinti əhənginin istehsalı 21,9 % artaraq 8,9 min ton təşkil edib.
Yanvar-mart aylarında sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 20,3 min ton olaraq, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 50,4 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 26,7 % artaraq 11,4 min kubmetr təşkil edib.
Ötən ilk rüb ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4 % artaraq 3 800,4 min ton təşkil edib.
Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 43,5 % artaraq 452,3 min ton təşkil edib.