Azərbaycanda təbii resurslarla bağlı mərkəzləşdirilmiş reyestr yaradılır

Azərbaycanda təbii resurslarla bağlı mərkəzləşdirilmiş reyestr yaradılır Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda təbii resurslarla bağlı mərkəzləşdirilmiş reyestrin yaradılması istiqamətində işlərə başlanılıb.
İnfrastruktur
7 Dekabr , 2018 16:53
Azərbaycanda təbii resurslarla bağlı mərkəzləşdirilmiş reyestr yaradılır
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov / Report / Firi Salim
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda təbii resurslarla bağlı mərkəzləşdirilmiş reyestrin yaradılması istiqamətində işlərə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumları birgə fəaliyyət göstərir.

“Bu reyestrin əsas üstünlüyü ölkədə mövcud potensial, istifadə edilməyən imkanlar barədə sahibkarlıq subyektlərində təsəvvür formalaşdırılması, onların fəaliyyətinin dəstəklənməsi olacaq”, - deyə N.Səfərov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi