Azərbaycanda suvarma infrastrukturu yenilənəcək

Azərbaycanda suvarma infrastrukturu yenilənəcək Azərbaycanda suvarma infrastrukturunun yenilənməsi nəzərdə tutulub.
İnfrastruktur
1 Mart , 2023 16:59
Azərbaycanda suvarma infrastrukturu yenilənəcək

Azərbaycanda suvarma infrastrukturunun yenilənməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya, Kollektor - Drenaj Şəbəkələrinin İstismarı və Kadastr Sektorunun müdiri Riad Axundzadə Bakıda keçirilən “Agro Business Forum Azerbaijan–2023” tədbirində bildirib.

"Azərbaycanda su ehtiyatlarının həcmi transsərhəd çaylarından asılıdır. Qonşu Gürcüstan və Ermənistan Kür və Araz çayları üzrə heç bir beynəlxalq razılaşmaya qoşulmayıblar. Üstəlik Azərbaycan qlobal istiləşməyə məruz qalır. Son nəticədə bu çayların suyu hər il azalır. Odur ki, su ehtiyatlarının idarə edilməsi vacibdir. Bizim isə suvarma infrastrukturumuz köhnədir və onun yenilənməsinə ehtiyac var. Hazırda suvarma kanallarının 70 %-i torpaq məcralıdır. Fermerlər sudan düzgün istifadə etmir, bu da su itkisi yaradır”, - deyə o qeyd edib.

Bundan başqa, R.Axundzadənin sözlərinə görə, yeni su ehtiyatlarının yaradılması da önəmlidir: “Azərbaycan ərazisində su ehtiyatları qeyri-bərabər paylanıb. Dağ çayları dağlarda buzlaqların əriməsi səbəbindən yaz aylarında meydana gələn müvəqqəti çaylardır. Bu çaylar suvarmaya faydalı olsa da, axıb Xəzər Dənizinə tökülür. Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi əlavə su ehtiyatlarının yaradılmasına, su ehtiyatlarının düzgün idarə edilməsinə səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi