Azərbaycanda respublika əhəmiyyətli 3 avtomobil yolunun inşası yekunlaşır

Azərbaycanda respublika əhəmiyyətli 3 avtomobil yolunun inşası yekunlaşır “Yenidən qurulan, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunda və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunun Yevlax-Xaldan hissəsində işlər yekunlaşmaq üzrədir”.
İnfrastruktur
541
23 Dekabr , 2020 12:23
Azərbaycanda respublika əhəmiyyətli 3 avtomobil yolunun inşası yekunlaşır
0 : 00
0 : 00

“Yenidən qurulan, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunda və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunun Yevlax-Xaldan hissəsində işlər yekunlaşmaq üzrədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

“Bundan başqa, Bəhrəmtəpə-Biləsuvar magistal avtomobil yolunda da işlər demək olar ki, yekunlaşıb: “Bu yol ölkəmizin regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Üstəlik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi