Ötən il Azərbaycanda bələdiyyə mülkiyyətində olan 1,7 min torpaq sahəsinin mülkiyyətə və yaxud icarəyə verilməsi məqsədilə 221 müsabiqə və hərrac təşkil edilib.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, mülkiyyətə və yaxud icarəyə verilən torpaqların satış və yaxud icarə qiyməti 2343,3 min manat təşkil edib. 192 bələdiyyə torpağı üzrə təklif olmadığı üçün müsabiqə və hərrac baş tutmayıb. Bu bələdiyyə torpaqlarından 164-ü müsabiqə, 28-i isə hərrac vasitəsilə müsabiqə və yaxud hərraca çıxarılıb. Mülkiyyətə və yaxud icarəyə verilən bələdiyyə torpaqlarının ümumi sahəsi 7,5 min hektar təşkil edib.
Bundan başqa, dövlət mülkiyyətinə keçən, müsadirə edilən əmlakların satışını təşkil etmək məqsədilə ümumilikdə 102,3 min manat dəyərində 67 ədəd əmlak təhvil götürülüb, onların satışını təşkil etmək məqsədilə ilə keçirilən 8 hərracdan 3-ü baş tutub, 35,7 min manat dəyərində 20 ədəd əmlak satılıb.
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.