Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun dəyişəcək

İnfrastruktur
  • 19 noyabr, 2026
  • 16:37
Azərbaycanda İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişəcək

Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 1995-cü ildə qəbul olunmuş qanunda indiyə qədər müəyyən dəyişikliklər edilib: "Yaxın gələcəkdə qanunda əsaslı dəyişikliklərin aparılması nəzərdə tutulur. Sözügedən məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır".

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində, xidmət göstərilməsində istehlakçılar və istehsalçılar, satıcılar və icraçılar arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.

Qanunda son dəyişiklik 16 dekabr 2025-ci ildə edilib və 29 dekabr 2025-ci ildə dərc olunub.

44 filmi