Azərbaycanlı mütəxəssislər ilk dəfə yeni nəsil metro qatarlarını təmir edəcək

Azərbaycanlı mütəxəssislər ilk dəfə yeni nəsil metro qatarlarını təmir edəcək Bu ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin balansında olan yeni nəsil qatarların (vaqonların) ilk dəfə ölkədə təmiri həyata keçiriləcək.
İnfrastruktur
5 Oktyabr , 2021 12:00
Azərbaycanlı mütəxəssislər ilk dəfə yeni nəsil metro qatarlarını təmir edəcək

Bu ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin balansında olan yeni nəsil qatarların (vaqonların) ilk dəfə ölkədə təmiri həyata keçiriləcək.

Bunu “Report”a açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov bildirib.

Onun sözlərinə görə, təmir işləri əsasən 2015-ci ildə Azərbaycana gətirilmiş vaqonları əhatə edəcək.

“Bu təmir digərlərindən fərqi olaraq "qaldırma təmiri" adlanır və qatarın gediş məsafəsinə uyğun həyata keçirilir. Bundan öncə də "Transmaşholdinq" SC-yə məxsus “Metrovaqonmaş” müəssisəsinin mütəxəssislərinin iştirakı ilə yeni nəsil qatarlar təmir edilib. Amma bu dəfə bu işi öz mütəxəssislərimiz gərəcək", - deyə metro rəsmisi bildirib.

Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral aylarında aparılmış ilk təmiri "Metrovaqonmaş"ın nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi yerinə yetirib. 2019-cu ildə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, "Metrovaqonmaş-Servis" vaqonların təmiri ilə yanaşı, bu prosesi gələcəkdə yerinə yetirəcək kadrları hazırlamalı idi. Vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi tədris prosesinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi