Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir

Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir.
İnfrastruktur
10 Mart , 2023 15:35
Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir

Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir.

"Report" xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır.

"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".

E.Məmmədov bildirib ki, "Azərsu" tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.

Xatırladaq ki, son tarif tənzimlənməsi 2021-cı il fevralın 1-də aparılıb. Belə ki, bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi