Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin elektron yolla seçilməsinin dayandırılması ehtimalına münasibət bildirib.
"Report"un məlumatına görə, MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirilən brifinqdə deyir ki, elektron sistemdə hər bir vətəndaş şəxsi elektron imza ilə müraciət edir.
"Hər bir əməliyyatın sistemdə izi qalır. Bu proseslərin elektron qaydada keçirilməsi şəffaflıq, operativlik, həm də əlverşli şəraitin yaradıması üçün optimal haldır. Ona görə də işlər sırf elektron qaydada davam etdiriləcək. Sistemdə təkmilləşdirmə işləri aparılacaq, yeni təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Sistemin daha təkmil formada işləməsi üçün daha lazımi işlər həyata keçiriləcək", - deyə o, qeyd edib.