Azərbaycanda gənclərin əmək bazarına daha rahat inteqrasiyası üçün yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda gənclərin əmək bazarına daha rahat inteqrasiyası üçün yeni mexanizm tətbiq olunacaq Bakı. 14 noyabr. REPORT.AZ/ “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.
İnfrastruktur
14 Noyabr , 2018 10:42
Azərbaycanda gənclərin əmək bazarına daha rahat inteqrasiyası üçün yeni mexanizm tətbiq olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov / Report
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, xüsusən də işəgötürənlərlə qeyri-rəsmi qaydada çalışan işçilər arasında daha çox sosial dialoqun qurulması, onların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidini təmin etmək üçün motivasiyanın yaradılması planlaşdırılır: “Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək ki, bu da müəyyən dövrdən sonra öz bəhrəsini verməlidir. Bu hədəfə nail olmaq üçün ən çox əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Ölkə Prezidenti artıq abservatoriyanın yaradılması, yəni əmək bazarının öyrənilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Əmək resurslarının öyrənilməsi həmin abservatoriya vasitəsilə həyata keçiriləcək, ümumi koordinasiya olunacaq”.

İ.Həsənov bildirib ki, monitorinq-pronozlaşdırma sistemi vasitəsilə respublikada əmək resursları, gələcək tələbatla bağlı məlumatlar emal olunaraq müvafiq qurumlara təqdim ediləcək: “Bu sırada əsas hədəflərdən biri 2030-cu ilədək ümumi iqtisadiyyatda çalışanların sayının 80 faizə çatdırılmasıdır. Bu müddət ərzində ümumi işsizlik səviyyəsi 4 faizə enməlidir. Hazırda qadınlar və gənclər arasında işsizlik səviyyəsi yüksək olduğu üçün bu məsələyə daha çox önəm veriləcək”.

Dövlət Məşğulluq Xidmətinin rəsmisi qeyd edib ki, əmək bazarında gənclərlə və məzunlarla bağlı xeyli problemlər var, onların işlə təmin olunmasında ciddi maneələr yaranır. “Buna səbəb isə daha çox onların təcrübəsizliyi göstərilir. Bununla bağlı təhsillə əmək bazarı arasında müəyyən bir mexanizmin yaradılmasına və tələbatın daha yaxşı öyrənilməsinə ehtiyac var. Elə bir mexanizm tətbiq etməliyik ki, gələcəkdə gənclərin və məzunların daha rahat şəkildə əmək bazarına inteqrasiya olunmasını təmin edə bilək. Əhali qrupları, o cümlədən gənclər, qadınlar və əlillərin səmərəli məşğulluğunun təmin edilməsi, layiqli əmək sisteminin qurulması Məşğulluq Strategiyasının ən mühüm hədəflərindəndir. Minimum əməkhaqqının və orta kateqoriyalı işçilərin məvaciblərinin artırılması da bu işdə önəmli rol oynayacaq. Hesab edirik ki, bu mexanizm işçilərin rifah halının yaxşılaşdırılmasına təsir göstərəcək. 2020-ci ilə qədər aktiv əmək bazarı proqramlarının əhatə dairəsi genişləndiriləcək. Buraya peşə hazırlığı, peşəyönümlü tədbirlər, ödənişli ictimai işlər, özüməşğulluq proqramları, əmək yarmarkaları, «Karyerada ilk addım» kimi aktiv məşğulluq tədbirləri daxildir ki, bunların vasitəsilə insanların işlə təminatına daha geniş şərait yaranacaq”, - deyə İ.Həsənov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi