Azərbaycanda gəmi kapitanı koronavirusdan ölüb

Azərbaycanda gəmi kapitanı koronavirusdan ölüb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Qubadlı” təchizat-yedək gəmisinin kapitanı İlqar Zingirov koronovirus səbəbindən vəfat edib.
İnfrastruktur
2 Oktyabr , 2021 12:15
Azərbaycanda gəmi kapitanı koronavirusdan ölüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Qubadlı” təchizat-yedək gəmisinin kapitanı İlqar Zingirov koronavirus səbəbindən vəfat edib.

Bu barədə "Report" ASCO-ya istinadən xəbər verir.

İlqar Zingirov 1965-ci il 4 yanvarda Bakı şəhərində doğulub. Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü/texnik xtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1986-cı ildə Xəzər Dəniz Neft Donanmasının “Aura” gəmisində kapitanın II köməkçisi kimi başlayıb. 1993-cü ildən ömrünün sonunadək fasiləsiz olaraq Xəzər Dəniz Neft Donanmasına məxsus müxtəlif təyinatlı gəmilərdə kapitan kimi işləyib.

35 illik dənizçilik təcrübəsinə malik İlqar Zingirov daim öz məsuliyyəti və fədakarlığı ilə seçilib. Səmimiyyəti və mehribanlığı ilə ətrafındakıların və dənizçi yoldaşlarının rəğbətini qazanmağı bacarıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından kapitan İlqar Zingirovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi