Azərbaycanda gələn il lift təsərrüfatına 6 milyon manat xərclənəcək

Azərbaycanda gələn il lift təsərrüfatına 6 milyon manat xərclənəcək Gələn il Azərbaycanda dövlət büdcəsindən mənzil-kommunal xərclərinin qarşılanması üçün 261,4 milyon manat vəsait ayrılacaq.
İnfrastruktur
6 Noyabr , 2021 11:27
Azərbaycanda gələn il lift təsərrüfatına 6 milyon manat xərclənəcək

Gələn il Azərbaycanda dövlət büdcəsindən mənzil-kommunal xərclərinin qarşılanması üçün 261,4 milyon manat vəsait ayrılacaq.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, həmin vəsaitin 112,9 milyon manatı kommunal təsərrüfata, 37,9 milyon manatı mənzil təsərrraftına, 14,5 milyon manatı su təsərrüfatına, 5,9 milyon manatı lift təsərrüfatına, 90,2 milyon manatı isə digər xərclərə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi