2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müxtəlif şəhər və rayonlarında yerləşən 2 260 dövlət əmlakının qiymətləndirilməsini həyata keçirəcək.
“Report” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Qiymətləndirmə işləri çərçivəsində 10 dövlət müəssisəsinin bazasında çevrilmə yolu ilə yaradılacaq səhmdar cəmiyyətlərinin və məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalının müəyyən edilməsi, həmçinin 250 kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarına baxış keçirilməsi, ərazi üzrə monitorinq təşkil edilməsi və onların real bazar dəyərinə uyğun qiymətləndirilməsi, özəlləşdirilməsi və yaxud icarə verilməsi nəzərdə tutulan, dövlət mülkiyyətində olan 1 500 torpaq sahəsinə baxış keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi və onların real bazar dəyərinə uyğun qiymətləndirilməsi, dövlət müəssisələrinin və təşkilatlarının balansında olan, hərraca çıxarılacaq 500 nəqliyyat vasitəsinin qiymətləndirilməsi nəzərdə tutulub.
Qiymətləndilməyə 287 min manat xərclənəcək.