Azərbaycanda dövlət torpaq kadastrı fondunun məlumatlarının istifadə təyinatı artırılıb

Azərbaycanda dövlət torpaq kadastrı fondunun məlumatlarının istifadə təyinatı artırılıb Nazirlər Kabineti 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”də dəyişiklik edib.
İnfrastruktur
5 Dekabr , 2023 11:34
Azərbaycanda dövlət torpaq kadastrı fondunun məlumatlarının istifadə təyinatı artırılıb

Nazirlər Kabineti 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət torpaq kadastrı fondunun məlumatlarından həm də “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji mənbələrinin potensialı atlasının formalaşdırılması və aktuallığının təmin olunmasında istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi