Azərbaycanda "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” təsdiqlənib

Azərbaycanda "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” təsdiqlənib Nazirlər Kabineti “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nı təsdiq edib.
İnfrastruktur
24 May , 2024 09:13
Azərbaycanda Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları” təsdiqlənib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qaydalar qatarların hərəkətinin təşkili sistemini, dəmiryol nəqliyyatı infrastrukturunun tikili və qurğularının, dəmiryol hərəkət tərkibinin işini, həmçinin Azərbaycan Respublikasında ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının texniki istismarı zamanı dəmiryol nəqliyyatı işçilərinin fəaliyyətinin əsaslarını müəyyən edir. Qaydaların tələbləri dəmiryol nəqliyyatı xidmətinin istifadəçiləri üçün daşıma prosesinin təşkili və (və ya) həyata keçirilməsi ilə əlaqədar işləri (xidmətləri), həmçinin dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatında istifadə olunan texniki vasitələrin təmiri, dəmiryol nəqliyyatı obyektlərinin və yüklərin mühafizəsi ilə əlaqədar işləri (xidmətləri) yerinə yetirən bütün hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri (bundan sonra - dəmiryol nəqliyyatı işçiləri) üçün məcburidir.

Qərara əsasən, dəmiryol infrastrukturunun tikili və qurğuları qatarların aşağıdakı maksimum sürətlə buraxılmasını təmin etmək imkanına malik olmalıdırlar:

-sərnişin qatarları üçün – saatda 140 kilometr;

-refrijerator qatarları üçün – saatda 120 kilometr;

- yük qatarları üçün - saatda 90 kilometr.

Həmçinin tikili və qurğuların konstruksiyalarından və texniki vəziyyətlərindən asılı olaraq, Qaydalara uyğun vəziyyətə gətirilmiş ümumi istifadəli dəmir yollarının sahələrində sürətli sərnişin qatarlarının təhlükəsiz buraxılmasının təmin edilməsi üçün infrastruktur sahibi tərəfindən aşağıdakı sürətlərin təyin edilməsinə yol verilir:

-sürətli sərnişin qatarları üçün - saatda 200 kilometrədək;

- yüksəksürətli sərnişin qatarları üçün - saatda 250 kilometrədək.

- İnfrastruktur sahibi tərəfindən, yük qatarlarının saatda 90 kilometrdən saatda 140 kilometrədək sürətlə buraxılmasının təmin edilməsi üçün belə qatarların hərəkəti sahələrində tikili və qurğular texniki cəhətdən uyğun vəziyyətə gətirilməlidir.

Son xəbərlər

Orphus sistemi