Azərbaycanda dəmir yolu ilə yük daşımaları azalıb

Azərbaycanda dəmir yolu ilə yük daşımaları azalıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 13,7 mln. ton yük, 2 785,4 min sərnişin daşınıb.
İnfrastruktur
22 Yanvar , 2019 10:35
Azərbaycanda dəmir yolu ilə yük daşımaları azalıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 13,7 mln. ton yük, 2 785,4 min sərnişin daşınıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə müvafiq olaraq 5,7% az və 11,8% çoxdur. 

Ötən il sutka ərzində orta hesabla 338 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi