Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfə artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfə artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,5 milyon ton yük, 613,9 min sərnişin daşınıb.
İnfrastruktur
242
21 Mart , 2022 10:27
Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,5 milyon ton yük, 613,9 min sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,9 % az və 2 dəfə çoxdur.

Hesabat dövründə sutkada orta hesabla 239 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,5 min ton, Qərb istiqaməti üzrə 2,4 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi