Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfədən çox artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfədən çox artıb Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 milyon ton yük, 308 min sərnişin daşınıb.
İnfrastruktur
16 Fevral , 2022 16:21
Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfədən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 milyon ton yük, 308 min sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 % az və 2,4 dəfə çoxdur.

Ötən ay sutkada orta hesabla 445 vaqon yüklənib, 379 vaqon isə boşaldılıb. Dəmir yolunun Şimal istiqaməti üzrə 18,9 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi