Azərbaycanda "ASAN Assosiasiya" yaradılır

Azərbaycanda "ASAN Assosiasiya" yaradılır Gələn ayın III ongünlüyündə Azərbaycanda ASAN Assosiasiya yaradılacaq.
İnfrastruktur
124
26 Noyabr , 2019 11:39
Azərbaycanda ASAN Assosiasiya yaradılır

Gələn ayın III ongünlüyündə Azərbaycanda "ASAN Assosiasiya" yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov məlumat verib.

“İyunda BMT-nin təşkilatçılığı ilə dövlət xidmətlərinə dair beynəlxalq forumu keçirilmişdi. O forumda “ASAN Assosiasiya”nın yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Dekabrın 20-30-u arasında isə həmin assosiasiyanın rəsmi açılışı olacaq. Assosiasiyaya 8 dövlət qoşulacaq. Həmçinin bir neçə dövlət də qoşulmaq üçün təşəbbüslə çıxış edib. Bu dövlətlər arasında Türkiyə, Əfqanıstan, Mərakeş, İndoneziya, BƏƏ, Monteneqro var. Növbəti mərhələdə isə “ASAN Xidmət”in digər ölkələrdə tətbiqi ilə bağlı mexanizm yaradılacaq. 10-dan artıq dövlətlə "Asan Xidmət" modelinin tətbiqi ilə bağlı memorandumumuz var. Onlar bu konsepsiyanı həyata keçirmək istəyirlər. Həmin dövlətlərdə texniki-iqtisadi əsaslandırma ilə bağlı səfərlər etmişik və biz istərdik ki, həmin ölkələrdə maliyyə məsələləri də həll olunsun ki, "Asan Xidmət" modeli sürətlə tətbiq olunsun", - o deyib.

C.Salmanovun sözlərinə görə, "ASAN Assosasiya" yaradılması ilə bağlı təsis yığıncağının keçirilməsi, qurumun əsasnaməsinin müzakirə və qəbul edilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi