Azərbaycanda 9 ayda yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlanıb

Azərbaycanda 9 ayda yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlanıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 456 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 533,8 min manat ziyan dəyib.
İnfrastruktur
25 Noyabr , 2022 17:15
Azərbaycanda 9 ayda yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 456 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 533,8 min manat ziyan dəyib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, bunun 326,95 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə, 395 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 11 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 50 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi