Azərbaycanda 9 ayda yol təsərrüfatına 572 min manat maddi ziyan dəyib

Azərbaycanda 9 ayda yol təsərrüfatına 572 min manat maddi ziyan dəyib Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.
İnfrastruktur
28 Oktyabr , 2021 13:23
Azərbaycanda 9 ayda yol təsərrüfatına 572 min manat maddi ziyan dəyib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu hadisələr nəticəsində 6 055 p/m əyrixətli tirlər, 65 p/m beton bardür, 177 p/m mühafizə çəpəri, 20 işıq dirəyi, 15 yol nişanı, 4 məlumat lövhəsi, 3 dayanacaq, 18 səsboğucu lövhə, 1 hidravlik baryer və mühərriki, 164 m2 alkapon üzlük, 25 m körpü məhəccəri yararsız hala düşüb.

9 ayda yol təsərrüfatına 572,2 min manat məbləğində maddi ziyan dəyib. Bunun 405,7 min manatı ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi