Azərbaycanda 9 ayda 8 yeni körpü tikilib

Azərbaycanda 9 ayda 8 yeni körpü tikilib Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 540 km avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib
İnfrastruktur
102
28 Oktyabr , 2021 13:36
Azərbaycanda 9 ayda 8 yeni körpü tikilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 540 km avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib

“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 103,5 km-i respublika əhəmiyyətli, 312,5 km-i yerli əhəmiyyətli, 124 km-i isə Bakıdakı yollardır.

9 ayda respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib ki, bunun da, 4-ü “Zəfər Yolu”nun üzərində, 4-ü isə İsmayıllı rayonunda yerləşir.

Hesabat dövründə Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib. Bunlar, Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də yerləşən 76,7 metr uzunluğunda,
Ziya Bünyadov prospektində 90 metr uzunluğunda piyada keçidləridir.

Son xəbərlər

Orphus sistemi