Azərbaycanda 4,5 min pay torpağı dövlətin hesabına sənədləşdirilib

Azərbaycanda 4,5 min pay torpağı dövlətin hesabına sənədləşdirilib Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu günə qədər 4,5 min pay torpağını sənəd
İnfrastruktur
24 Fevral , 2022 16:58
Azərbaycanda 4,5 min pay torpağı dövlətin hesabına sənədləşdirilib

Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu günə qədər 4,5 min pay torpağını sənədləşdirib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumatda deyilir ki, mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, şəxsiyyət vəsiqəsini təqdim etməklə pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanırlar. Bu il fevralın 23-nə qədər 10 420 ərizə qəbul olunub, həmin ərizələrə əsasən 4 484 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliyə uyğun müddətdə təqdim ediləcək. Ümumilikdə, 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutulur.

Məqsəd kənd təsərrüfatının inkişafı, fermerlərin subsidiyadan faydalanmasının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi isə, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.

Fermerlərə subsidiyaların 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi nəzərə alınaraq, bu tarixə qədər müraciətlərin başa çatdırılması məqsədə uyğundur. Fermerlərin mümkün qısa müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etməsi tövsiyə edilir. Dövlət Xidməti rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində də xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi