Azərbaycana "Hyundai"ın yeni modeli gətiriləcək - FOTO

Azərbaycana "Hyundai"ın yeni modeli gətiriləcək - FOTO Yeni SUV oktyabrda ölkədə olacaq
İnfrastruktur
23 Sentyabr , 2016 10:47
Azərbaycana Hyundaiın yeni modeli gətiriləcək - FOTO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Cənubi Koreyanın "Hyundai" avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan "Auto Azerbaijan" şirkəti oktyabr ayında bu avtomobilin yeni modelinin respublikaya kütləvi idxalına başlayacaq.

Bu barədə "Report"a Şirkətin Marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib.

Onun sözlərinə görə, yeni model "Hyundai Creta" "B"- sinif- "SUV" modelidir. O, 1,6 litr (V4) və 2 litr (V4) həcmli 123-149 (ardıcıl olaraq) at gücünə malik mühərriklə təchiz olunub. Bu model Bakıda geniş auditoriyaya ilk dəfə çıxarılacaq.

Müştərilərin hazırkı sabit olmayan iqtisadi -maliyyə şərtləri çərçivəsində əsasən büdcə avtomobillərinə üstünlük verdiklərini, lakin eyni zamanda malik olduqları büdcənin imkanları çərçivəsində ən yaxşısını əldə etməyə çalışdıqlarını qeyd edən R. Cahangirov əlavə edib edib ki, bu model sayəsində müştərilərimiz uyğun qiymətə yeni model avtomobillərə, xüsusən, üst siniflərin avtomobillərinə çox xərc çəkmədən sahib olmaq imkanı əldə edəcəklər.

"Bu modellə bağlı ümidlərimiz böyükdür. "Creta"nı olduqca rəqabətli şərtlərlə təqdim edəcəyimizə əminəm. Sərfəli qiymətlər və satış şərtləri, eyni zamanda avtomobilin qənaətcil və güclü mühərrikə sahib olması, texnoloji yenilikləri, üstün təhlükəsizlik sistemləri və rahatlığı tam yeni "Creta"nın uğurlu satışının əsasını təşkil edəcək. Ümumiyyətlə, "Hyundai" markasının "B" SUV sinifində ilk modeli olan "Creta"nın, digər SUV modellərinin, ələxüsus, "Santafe" və "Tucson" modellərinin uğurunu təkrarklayacağını proqnozlaşdırırıq. "Creta" ölkənin avtomobil bazarında ciddi rezonans doğuracaq. Odur ki, satış həcminin də ciddi sayda olacağına inanıram", - deyə R. Cahangirov əlavə edib.

Qeyd edək ki, "Hyundai"in yeni modelinin qiymətinin  2015-ci ildə Azərbaycanda ən çox satılan "Elantra" modelinin qiymətinə yaxın olacağı ehtimal edilir. Hazırda bu istiqamətdə danışıqlar aparılır.

"Creta" modeli ilk dəfə Hindistan bazarı üçün istehsal olunub. İstehlakçılar arasında böyük maraqla qarşılandığı və uğur qazandığı üçün istehsalçı bu modeli qlobal bazara çıxarmaq qərarına gəlib. Azərbaycanın da daxil olduğu Şərqi Avropa və MDB regionunda bu, ilk dəfə təqdim ediləcək yeni model olacaq.

Rusiyada isə artıq yeni "Creta"nınn satışına başlanılıb və satışın nəticələri gözləntiləri üstələyib. Avqust ayında Rusiyada 3 479 belə maşın satılıb və "SUV" bazarında "Creta" modeli birinci olub.

Xatırladaq ki, "Auto Azərbaycan" şirkəti - 20 ildir fəaliyyət göstərir. Şirkət cari böhran şəraitində bir sıra vasitələrdən istifadə edərək bazarda öz mövqeyini qoruyub saxlamağı bacarıb və bundan sonra da daha yaxşı və keyfiyyətli rəqabət aparmaq üçün çalışacaqdır. Hazırda 11 servis mərkəzlərinə malik olan şirkət ölkədə ən geniş satışsonrası xidmət şəbəkəsinə malikdir.

1967-ci ildə təsis edilmiş “Hyundai Motor Company” şirkəti etibarlı avtomobil partnyoru olmağı özünə vəzifə təyin etmişdir. Şirkət, polad əritmədən başlayaraq, avtomobil istehsalına qədər olan prosesləri reallaşdıran, innovativ biznes strukturu – Hyundai Motor Group-u idarə edir. Dünya üzrə 8 istehsalat bazası və 7 dizayn-texnologiya mərkəzi fəaliyyət göstərən “Hyundai Motor Company”-nin 2015-ci ildə qlobal avtomobil bazarında satışının sayı 4,96 milyon ədəd təşkil edib. Ümumilikdə 100 000 nəfərə yaxın öz peşəkar işçi heyəti ilə “Hyundai Motor Company” müxtəlif bazarlar üçün nəzərdə tutulmuş fərqli məhsulları ilə daima öz model sırasını genişləndirir və təkmilləşdirir. Eyni zamanda dünyada ilk dəfə kütləvi istehsal olunan hidrogen mühərrikli Tucson Fuel Cell avtomobiliilə başladığı ekoloji mühəndislik və təbiətlə dost texnologiyalar sahəsində iddialı addımlarla irəliləyir.

Ətraflı məlumat: worldwide.hyundai.com

“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru isə “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. 20 il ərzində 50 000-dən artıq şəxs Hyundai avtomobilləri alıb. Ölkə ərazisində Hyundai markasının 12 satış və servis mərkəzi fəaliyyət göstərir. Rəsmi dilerlərdə bütün model sırası təmsil olunur. Müasir diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində isə qısa müddətdə avtomobilə keyfiyyətli baxış, kamera vasitəsilə qeydə alınan zəmanətli təmir işləri həyata keçirilir. Hyundai markasını Azərbaycanda təqdim edən “Auto Azerbaijan” şirkəti yüksək təcrübə və biliyə malik, istehsalçı tərəfindən təlimlər keçən peşəkar məsləhətçi və xidmət personalı ilə ölkənin ən qabaqcıl biznes qurumlarından biridir.

Son xəbərlər

Orphus sistemi