Azərbaycan “yaşıl tikinti” sahəsində yeni təcrübə qazanır

Azərbaycan “yaşıl tikinti” sahəsində yeni təcrübə qazanır ​​​​​​​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) birgə təşkilatçılığı ilə “Azərbaycanda yaşıl bina təşəbbüsü” mövzusunda seminar keçirilib.
İnfrastruktur
12 Sentyabr , 2024 10:14
Azərbaycan “yaşıl tikinti” sahəsində yeni təcrübə qazanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) birgə təşkilatçılığı ilə “Azərbaycanda yaşıl bina təşəbbüsü” mövzusunda seminar keçirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, tikinti sahəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov və BMK-nın nümayəndəsi Leyla Hüseynli çıxışlarında tikintidə ekoloji standartların tətbiqinin əhəmiyyətini və “yaşıl bina” təşəbbüsünün Azərbaycanda uğurla həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar.

Seminarda “yaşıl tikinti” sahəsində müasir innovasiyaların, sertifikatlaşdırma sistemlərinin və ekoloji tikinti layihələrinin həyata keçirilməsi və bununla bağlı maliyyələşdirmə imkanları, dünyada bu sahədə qabaqcıl təcrübə barədə BMK-nın ekspertləri tərəfindən məlumat verilib.

Sonda təqdim olunan məlumatlarla tanış olan iştirakçılar bu təcrübələrin Azərbaycanın tikinti sektorunda tətbiqi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi