"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" tender elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" tender elan edib Gəmiçilik tenderi müxtəlif mal-materialların satın alınması məqsədi ilə keçirir
İnfrastruktur
16 Sentyabr , 2016 14:42
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tender elan edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC açıq tender keçirir. "Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, gəmiçilik paranit və MBS rezin təbəqələri, plastmas borular və aksessuarlar, təsərrüfat malları və müxtəlif mal-materiallar, müxtəlif yastıqlar və polad burazlar, müxtəlif tipli gəmi çırağı, projektorlar, elektrik lampalar, emal məftilləri, polad təbəqə, polad borular, polad künclüklər, taxta materiallar, müxtəlif alətlər və kəsici vasitələr, yuyucu vasitələr və təsərrüfat malları, yanğınsöndürmə ləvazimatları, müxtəlif dərman preparatları, mətbəx ləvazimatları, müxtəlif tikinti malları və mal-materialların satın alınmasına dair açıq müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2016-cı il 23 sentyabr saat 18:00-dək (012) 493-41-52 telefon və ya [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlayaraq, müsabiqədə iştirak etmək üçün zəruri sənədlər haqqında ətraflı məlumat əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi