"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub.
İnfrastruktur
26 Sentyabr , 2022 15:05
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədrinə iki yeni müavin təyin olunub

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub.

"Report" xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir.

Z.Nağıyev 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr, 2006-cı ildə isə magistr pilləsində fərqlənmə diplomu ilə bitirib, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2008-ci ildə isə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

O, 2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb, 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri işləyib, 2014-cü ildən ASCO-nun departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Z.Nağıyev Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq ekspertidir, ölkə prezidentinin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2018-ci ildə isə “ASCO-nun 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

T.Mirzəyev isə 1986-cı ildə anadan olub, 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə Akademiyaa “Biznesin təşkili və idarə olunması” ixtisasını və 2017-2019-cu illərdə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarəedilməsi” ixtisasını Fərqlənmə diplomları ilə bitirərək magistr dərəcəsi alıb, 2020-2021-ci illərdə Okford Universitetinin “Strategy and İnnovation” proqramını bitirib.

O, 2010-2014-cü illərdə “Ernst&Young” şirkətinin yerli filialında audit və məsləhətçi xidmətlərində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən ASC-nun Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib, 2018-ci ildə “ASCO-nun 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif edilib, İkinci "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.

Son xəbərlər

Orphus sistemi