Azərbaycan və Türkiyə dəmir yolu layihələrini müzakirə edəcək

Azərbaycan və Türkiyə dəmir yolu layihələrini müzakirə edəcək Bu məqsədlə iki ölkənin dəmir yolu qurumları arasında görüş keçiriləcək
İnfrastruktur
2 May , 2016 11:37
Azərbaycan və Türkiyə dəmir yolu layihələrini müzakirə edəcək

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan və Türkiyə dəmir yolları və infrastruktur sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək. Bu məqsədlə yaxın vaxtlarda "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri türkiyəli həmkarları ilə görüş keçirəcək. 

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov bildirib. 

İ.Hüseynov qeyd edib ki, görüşdə bir sıra regional layihələrin müzakirə edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi