Azərbaycan və Türkiyə arxeologiya və restavrasiya üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə arxeologiya və restavrasiya üzrə əməkdaşlıq edəcək “Azərbaycan Türkiyənin elmi təcrübəsindən yararlanmaq istəyir”.
İnfrastruktur
24 Sentyabr , 2021 16:39
Azərbaycan və Türkiyə arxeologiya və restavrasiya üzrə əməkdaşlıq edəcək
Mehmet Nuri Ərsoy

“Azərbaycan Türkiyənin elmi təcrübəsindən yararlanmaq istəyir”.

“Report” xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla keçirilmiş görüşlərdə əsasən arxeoloji qazıntılar və restavrasiya ilə bağlı müzakirələr aparılıb: “Hazırda iki tərəf əməkdaşlıq üçün protokol hazırlayır. Ortaq layihələrə dəstək verəcəyik. Əsas müzakirə mövzularından biri kadr ehtiyatının sistemli şəkildə hazırlanması, eyni zamanda, türkiyəli mütəxəssislərin Azərbaycanın arxeologiya və restavrasiya layihələrində iştirakı ilə bağlıdır”.

Son xəbərlər

Orphus sistemi