Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində saziş imzalayıb

Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində saziş imzalayıb Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalayıb.
İnfrastruktur
27 May , 2022 16:29
Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində saziş imzalayıb

Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalayıb.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, sənəd aviaşirkətin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMI) arasında imzalanıb.

Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr - Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi müasir texnologiyalar barədə məlumat verilib.

Qonaqlar, həmçinin, "TEKNOFEST Azerbaijan" Festivalı çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı uçuşların idarə edilməsi prosesi ilə tanış olublar.

DHMI-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət edilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi