Azərbaycan və Rusiya dəmir yolu sahəsində əməkdaşlıqla bağlı yeni saziş imzalaya bilər

Azərbaycan və Rusiya dəmir yolu sahəsində əməkdaşlıqla bağlı yeni saziş imzalaya bilər Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti “Şimal-Cənub” nəqliyyat dəhlizində Rusiyanın Həştərxan vilayətinin logistika potensialından istifadə olunması ilə bağlı həmin bölgədə keçirilən müzakirələrdə iştirak edib.
İnfrastruktur
26 Yanvar , 2018 11:54
Azərbaycan və Rusiya dəmir yolu sahəsində əməkdaşlıqla bağlı yeni saziş imzalaya bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti “Şimal-Cənub” nəqliyyat dəhlizində Rusiyanın Həştərxan vilayətinin logistika potensialından istifadə olunması ilə bağlı həmin bölgədə keçirilən müzakirələrdə iştirak edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir

Görüşdə Kutum dəmir yolu stansiyasının bazasında nəqliyyat və logistika mərkəzinin yaradılması imkanları müzakirə olunub. Tez xarab olan məhsulların dəmir yolu ilə daşınmasının perspektivləri və bunun üçün Kutum stansiyasının potensialından istifadə edilə biləcəyi qeyd olunub. Müzakirə iştirakçılarına yük meydançasının istehsalat bazası və onun inkişafı sxemi nümayiş etdirilib.

Azərbaycandan olan iş adamları təklif olunan layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Gələcəkdə tərəflər qarşılıqlı maraqlara cavab verən uzunmüddətli əməkdaşlıq üçün hərtərəfli saziş imzalamaq niyyətindədirlər. 

Son xəbərlər

Orphus sistemi